Baş həkim vəfat etdi

İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 min 356 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı, həmçinin 28 min 698 baş ətlik və digər iribuynuzlu heyvan idxal olunub.

MilliYol.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkəyə gətirilən safqanlı cins heyvanların ümumi gömrük dəyəri 22 milyon 566,7 min dollar, ətlik və digər iribuynuzlu heyvanların gömrük dəyəri isə 14 milyon 265,3 min dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycana idxal edilən bir baş safqanlı cins iribuynuzlu heyvanın orta gömrük dəyəri təxminən 4 214 dollar (7 164 manat), ətlik və digər iribuynuzlu heyvanların orta gömrük dəyəri isə 497 dollar (845 manat) olub.

Azərbaycana safqanlı cins diri iribuynuzlu heyvanlar aşağıdakı ölkələrdən gətirilib:

Almaniya - 1 450 baş (bir başın orta gömrük dəyəri 7 818 manat);

Avstriya - 523 baş (7 708 manat);

Çexiya - 64 baş (7 860 manat);

Danimarka - 893 baş (6 543 manat);

Estoniya - 792 baş (7 460 manat);

Latviya - 68 baş (11 007 manat);

Macarıstan - 811 baş (6 078 manat);

Slovakiya - 755 baş (6 708 manat).

Ətlik və digər iribuynuzlu heyvanlar isə aşağıdakı ölkələrdən idxal edilib:

Rusiya - 7 934 baş (bir başın orta gömrük dəyəri 1 666 manat);

Gürcüstan - 20 764 baş (531 manat).