Əfqan Sadıqov həbs edildi

İrəvanda partlayış: ölən var

İrəvanda yerləşən “Surb Qriqor Lusavoriç” tibb mərkəzində partlayış olub

Bir neçə dəqiqə əvvəl baş verən partlayış nəticəsində bir nəfər ölüb.

AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, ölən şəxs tibb mərkəzinin 31 yaşlı əməkdaşıdır. Hadisə yerinə polis və istintaq orqanlarının nümayəndələri, həmçinin yanğınsöndürən maşınlar cəlb edilib.

İlkin ehtimala görə, insidentə tezalışan “oksigen” kimyəvi qazının partlaması səbəb olub. Partlayışın baş verdiyi əraziyə baxış keçirən polis hadisənin dəqiq səbbələrini və ölənin kimliyini müəyyənləşdirməyə çalışır.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

İrəvanda partlayış: ölən var - Milliyol.az