Əfqan Sadıqov həbs edildi

“İraq gözəli” avtomobilində güllələndi

1972-ci ildən sonra ilk dəfə 2015-ci ildə İraqda gözəllik kraliçası seçilən Tara Fares Bağdadda avtomobilində qətlə yetirilib

Bu barədə ölkənin səhiyyə xidmətinin rəhbəri Ər-Rasaf Kasəm Əbdül Hadi bildirib:

"Tara Faresin cəsədi şeyx Zeyd xəstəxanasına gətirilib. Onun üzərində 3 güllə yarası olub: ikisi başından, üçüncüsü sinəsindən".

İraqın Daxili İşlər Nazirliyindən 30 yaşlı modelin ölümü ilə bağlı tədqiqatlara başlanıldığı bildirilib.

Qeyd edək ki, 2015-ci ildə "İraq gözəli" seçilmiş Tara bir müddət Avropada olduqdan sonra yenidən ölkəsinə qayıdıb.

O, sosial şəbəkələrdə açıq-saçıq fotoları ilə də məşhurdur.(qafqazinfo)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

“İraq gözəli” avtomobilində güllələndi - Milliyol.az