Əfqan Sadıqov həbs edildi

İranda zəlzələ nəticəsində 1 nəfər ölüb –2 nəfər yaralanıb

İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb

Trend-in məlumatına görə, bu barədə Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib. R.Raşki deyib: “Zəlzələ nəticəsində… İranşahr şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, “afterşoklar” nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib”.

Qeyd edək ki, bu gün “UTC” vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İranda zəlzələ nəticəsində 1 nəfər ölüb –2 nəfər yaralanıb - Milliyol.az