Əfqan Sadıqov həbs edildi

İranda yol qəzasında üç azərbaycanlı öldü


İranın Ərdəbil əyalətinin şimalında Parsabad - Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib

Avqustun 31-də  günün ikinci yarısında  Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, “Peugeot” markalı minik avtomobili ilə  Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub:

“Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.”

Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir. (apa)
İranda yol qəzasında üç azərbaycanlı öldü - Milliyol.az