Əfqan Sadıqov həbs edildi

İranda 4 terrorçu zərərsizləşdirilib

İranın cənub-şərq bölgəsində 4 terrorçu zərərsizləşdirilib

“Report” İran KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Qüvvələri Sistan-Bəlucistan vilayətinin Pakistanla sərhəddəki Saravan bölgəsində sərhəd-keçid məntəqəsinə terrorçu qruplaşmanın hücum hazırlığı ilə bağlı məlumat əldə edib. Qabaqlayıcı tədbirlər nəticəsində 4 terrorçu məhv edilib, daha 2 nəfər yaralanıb.

Qruplaşmanın digər üzvləri isə Pakistana qaçmağa müvəffəq olub.

İran tərəfi toqquşma zamanı itki verməyib, qruplaşmaya məxsus silah-sürsat götürülüb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.