İranda 3 ekoloji fəal casusluq ittihamı ilə həbs edilib


İranda casusluq ittihamı ilə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən 3 nəfər saxlanılıb

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi deyib. O bildirib ki, 3 nəfər ölkənin cənubunda Hormuzqan vilayətində yaxalanıb.

“Bu işlə bağlı bir neçə nəfər ittiham olunur, lakin onların arasında əcnəbi vətəndaş yoxdur. Son günlər Hormozqanda 3 nəfər saxlanılıb. Birləşmiş Ştatlar və İsrailin ölkəyə nüfuz etməyə çalışması ciddi məsələdir”, – deyə sözçü bildirib.

MilliYol.Az
İranda 3 ekoloji fəal casusluq ittihamı ilə həbs edilib - Milliyol.az