Əfqan Sadıqov həbs edildi

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

MilliYol.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

 

Bu dövrdə xəbər yoxdur.

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı - Milliyol.az