Əfqan Sadıqov həbs edildi

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

MilliYol.Az xəbər verir ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Bu dövrdə xəbər yoxdur.

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu - Milliyol.az