İnək 45 yaşlı kişini xəstəxanalıq etdi


Ağdamda 45 yaşlı kişini inək vuraraq xəstəxanalıq edib

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndində baş verib. Kənd sakini Zeynalov Nizami Şəfa oğlu saxladığı heyvanları tövləyə salarkən inəklərdən biri onu vurub.

 Zərbənin təsirindən N. Zeynalov  huşunu itirdiyindən yaxınları onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. 

Hazırda N. Zeynalovun vəziyyəti orta ağırdır.
İnək 45 yaşlı kişini xəstəxanalıq etdi - Milliyol.az