Əfqan Sadıqov həbs edildi

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb


İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, bu həcmin 362 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək dünya bazarına nəql olunan neftin 262 mln. tonunu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-"Çıraq-"Günəşli" yataqlar blokundan çıxarılan və Azərbaycanın payına düşən mənfəət nefti təşkil edib.

X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) indiyədək AÇG-dən 460 mln. ton neft hasil edilib.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.(azərtac)

Bu dövrdə xəbər yoxdur.

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb - Milliyol.az