Əfqan Sadıqov həbs edildi

İndiyədək Ceyhan limanından 341 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb


2017-ci ilin oktyabr ayı ərzində 1 mln. 895,356 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 201,814 min tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 mln. 36,310 min ton təşkil edib.
 
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 mln. 870,909 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İndiyədək Ceyhan limanından 341 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb - Milliyol.az