Əfqan Sadıqov həbs edildi

İlin ən çox qazanan yazıçıları açıqlanıb


Forbes jurnalı ilin ən çox qazanan yazıçılarının siyahısını açıqlayıb

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Harri Potter" kitablarının müəllifi Co Roulinq 2017-ci ildə qazandığı 95 milyon dollarla siyahıda 1-ci yerdə qərarlaşıb. Ötən ilin lideri Ceyms Patterson 87 milyon dollarla 2-ci yerə düşüb. 

1999-cu ildən bəri 3-cü dəfə Forbes jurnalının siyahısına düşən Roulinqin müəllifi olduğu "Harry Potter and the Cursed Child" kitabı satışa çıxdığı 3 gündə 680 min nüsxə satılıb. Yazıçı həmçinin "Fantastic Beasts and Where to Find Them" kitabının ssenarisini də qələmə alıb.
 
Qeyd edək ki, ilk 5-likdə Ceff Kinney, Den Braun və Stefan Kinq yer alıb.

Bu dövrdə xəbər yoxdur.

İlin ən çox qazanan yazıçıları açıqlanıb - Milliyol.az