Əfqan Sadıqov həbs edildi

İlham Əliyevdən Nquyen Fu Çonqa başsağlığı

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı məktubu göndərib

Məktubda deyilir:

Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. (azərtac)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyevdən Nquyen Fu Çonqa başsağlığı - Milliyol.az