İlham Əliyev və Mehriban “Ürək Mərkəzi”nin açılışında iştirak edib

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

MilliYol.Az xəbər verir ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev və Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.

MilliYol.Az
İlham Əliyev və Mehriban “Ürək Mərkəzi”nin açılışında iştirak edib - Milliyol.az