Əfqan Sadıqov həbs edildi

İlham Əliyev prokurorluq əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və ölkəmizdə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşı təltif olunub.

Prezidentin Sərəncamına əsasən, baş prokuror Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev prokurorluq əməkdaşlarını təltif etdi - Milliyol.az