Əfqan Sadıqov həbs edildi

İlham Əliyev israilli həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev israilli həmkarına başsağlığı verib - Milliyol.az