Əfqan Sadıqov həbs edildi

İlham Əliyev: “İlin əvvəlindən qeyri-neft sənayesi 4,4% artıb”


Dövlət başçısı bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulduğunu bildirib

"İlin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri neft sənayesi isə 4.4% artıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. 
Onun sözlərinə görə, bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollar təşkil edir.

"Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir", - deyə dövlət başçısı əlavə edib. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İlham Əliyev: “İlin əvvəlindən qeyri-neft sənayesi 4,4% artıb” - Milliyol.az