Əfqan Sadıqov həbs edildi

İlham Əliyev idmançılarla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

MilliYol.Az xəbər verir ki, dövlət başçısı Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əzimov Abas Əzim oğlu və Məmmədyarov Qəhrəman Müslüm oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.

Rprezident həmçinin Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verib: 

Allahverdiyev Tarverdi Əflan oğlu
Eyvazov Çingiz Abuzər oğlu
Əhədov Seymur Kamil oğlu
Feyzullayev Vaqif Səxavət oğlu
Krapivin Oleq Andreyeviç
Qurbanov Firudin Eyyub oğlu
Məmmədyarov Həmid Hilal oğlu
Salehli Bəhruz Qədir oğlu

MilliYol.Az
İlham Əliyev idmançılarla bağlı sərəncam imzaladı - Milliyol.az