Əfqan Sadıqov həbs edildi

İki gəncin dənizdə batması ilə bağlı araşdırmalara başlandı –Sumqayıtda

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb

Trend-in məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, “Caspian Breeze” adlanan ərazidə baş verib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu “Caspian Breeze” ərazisində dənizdə çimərkən boğululub.


Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb. Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İki gəncin dənizdə batması ilə bağlı araşdırmalara başlandı –Sumqayıtda - Milliyol.az