Əfqan Sadıqov həbs edildi

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finala yüksəldi

Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.

MilliYol.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.

U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.

 

Bu dövrdə xəbər yoxdur.

III MDB Oyunları: Azərbaycanın U-16 millisi finala yüksəldi - Milliyol.az