Əfqan Sadıqov həbs edildi

İcra başçısı Mehriban Əliyevanın göstərişinə əməl etmədi - ŞİKAYƏT

"Mehriban Əliyeva problemimin həllinə göstəriş versə də, Razim Məmmədov buna əməl etmədi". "Milli Yol" xəbər verir ki, bu sözləri Xətai Rayonunda yaşayan Qurbanova Qönçə Hacıağa qızı deyib.

Qönçə xanımın sözlərinə görə, Xətai Rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ona məxsus olan torpaq sahəsini mənimsəyib: "Mən tək anayam, 3 uşağım var. Övladlarımın 2-si astma xəstəsidir. Evim qəzalı vəziyyətə düşüb uçub. Bununla bağlı Fövqaladə Hallar Nazirliyinin, Xətai Rayonu İcra Hakimiyyətinin aktı var. Oğlum məcbur olub qəbiristanlıqda 15 kvadratlıq ev tikib orada yaşayırıq. Bundan əlavə sənədlərlə şəxsən mənə məxsus olan və evimin 200 metrliyində olan 12 sot torpağımı da icra hakimiyəti mənimsəyib.

Razim Məmmədov mənə məxsus o torpağı “Delfin MMC”yə sataraq pulunu mənimsəyib. Xətai Rayonu, 29-44 cü məhəllə ev 131-də olan evimi heç kim təmir etmədi. Mənə nə kompenasasiya veriblər, nə də evimi təmir edirlər.

Mən məsələ ilə bağlı 2014-cü ildə Mehriban Əliyeva ilə də görüşmüşdüm. O, problemimin həll olması üçün göstəriş versə də, tapşırığına əməl etmirlər. Razim Məmmədov bütün vasitələrdən istifadə edərək mənim problemimi gizlətməklə məşğuldur". (Moderator.az)



"Milli Yol"

Bu dövrdə xəbər yoxdur.

İcra başçısı Mehriban Əliyevanın göstərişinə əməl etmədi - ŞİKAYƏT - Milliyol.az