Əfqan Sadıqov həbs edildi

İcbari avtosığortalarla bağlı kağız dövrü bitdi


Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda daha əvvəl (2016-cı il 31 oktyabr, saat 23:59-dək) bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti cari ilin 31 oktyabr tarixində saat 23:59-da bitib

İcbarı Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bununla, kağız şəhadətnamə blanklarında rəsmiləşdirilmiş icbari avtoməsuliyyət sığortası müqavilələri tamamilə dövriyyədən çıxarılıb.
 
Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri yalnız elektron sənəd formasında bağlanılır. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İcbari avtosığortalarla bağlı kağız dövrü bitdi - Milliyol.az