Əfqan Sadıqov həbs edildi

Həyətində 2 əncir ağacını kəsdi, nazirlik böyük cərimə yazdı –2600 manat



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib

Strateq.az ETSN-ə istinadən xəbər verir ki, reyd zamanı Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsildiyi aşkar edilib:

"Araşdırma zamanı ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib.

İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Həyətində 2 əncir ağacını kəsdi, nazirlik böyük cərimə yazdı –2600 manat - Milliyol.az