Əfqan Sadıqov həbs edildi

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq - Milliyol.az