Əfqan Sadıqov həbs edildi

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

Bu dövrdə xəbər yoxdur.

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq - Milliyol.az