Əfqan Sadıqov həbs edildi

Gürcüstanın aviasiya neftinin idxalının 7%-i Azərbaycanın payına düşüb


Ötən ay Gürcüstan Azərbaycandan 0,7 min ton aviasiya nefti idxal edib

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, mart ayında qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 6,9%-i Azərbaycanın payına düşüb.

Ötən ay Gürcüstan ümumilikdə 10,2 min ton aviasiya nefti idxal edib ki, bu da fevral ayının eyni göstəricisindən 6,7 min ton çoxdur.

Azərbaycanla yanaşı Gürcüstan qeyd olunan neft məhsulunu Türkmənistan (6,5 min ton), Yunanıstan (2,5 min ton) və Rumıniyadan (0,5 min ton) idxal edib.

Cari ilin birinci rübündə qonşu ölkə 15,2 min ton aviasiya nefti idxal edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 40,7% çoxdur.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gürcüstanın aviasiya neftinin idxalının 7%-i Azərbaycanın payına düşüb - Milliyol.az