Əfqan Sadıqov həbs edildi

Gürcüstanda hərbçiləri daşıyan maşın aşdı

Gürcüstanın Vaziani hərbi bazasının ərazisində yol qəzası baş verib.Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb

Məlumata əsasən, Vaziani hərbi bazasında təlimdən qayıdan hərbçilərin olduğu avtomobilin aşması nəticəsində üç hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polisi istintaqa başlayıb. (Report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gürcüstanda hərbçiləri daşıyan maşın aşdı - Milliyol.az