Gürcüstanda dollarla kredit götürənlər milli valyutada qaytaracaq

Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar. 

MilliYol.Az