Əfqan Sadıqov həbs edildi

Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıb


Gürcüstana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirməyə cəhd edən 2 Azərbaycan vətəndaşı saxlanılıb

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.  O bildirib ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində 1969-cu təvəllüdlü S.E. və 1982-ci il təvəllüdlü P.Ş. adlı Azərbaycan vətəndaşları saxlanılıb: “Onların maşınında axtarış zamanı 1400 ədəd “suboksin” həbi aşkarlanıb”.
 
Gürcüstan DİN faktla bağlı istintaq aparır. Saxlanılan şəxsləri 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

MilliYol.Az
Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıb - Milliyol.az