Əfqan Sadıqov həbs edildi

“Güclü təkanlar gözlənilmir”


Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: “Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”.
 
Qeyd edək ki, dünən yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.
Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.
 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Güclü təkanlar gözlənilmir” - Milliyol.az