Əfqan Sadıqov həbs edildi

Göyçayda qəbiristanlıq yandı


Göyçay rayonunun Potu kəndində qəbiristanlıqda yanğın olub

ARB TV-nin məlumatına görə, hadisə sakinlər dünyasını dəyişən yaxınlarının məzarlarının ətrafındakı kol-kos və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıqdan baş verib. Alov küləkli havada nəzarətsiz buraxıldığı üçün qısa vaxtda geniş ərazini əhatə edib. Hadisə yerinə 2 yanğınsöndürən maşın və qurumun canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı qəbiristanlığın ərazisindəki quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Alovun genişlənməsinin qarşısı alınıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Göyçayda qəbiristanlıq yandı - Milliyol.az