Əfqan Sadıqov həbs edildi

Göyçayda 360 metr alüminium naqil oğurlamış dəstə tutuldu


Mayın 3-də Göyçay Rayon Polis Şöbəsinə aprel ayının 26-da Qarayazı kəndi ərazisində MMC-lərdən birinə məxsus 360 metr alüminiumdan olan elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub

DİN-dən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların İmişli rayon sakinləri Ataməli İsmayılov, Tapdıq Quliyev, Yalçın Səfiyev, Amil Səfərov, Ağayar Şərifov və onun qardaşı Əlverdi olduqları müəyyən edilib.

MilliYol.Az
Göyçayda 360 metr alüminium naqil oğurlamış dəstə tutuldu - Milliyol.az