Göyçayda 2 uşaq zəhərləndi


Göyçay rayonunda zəhərlənmə hadisələri baş verib

APA-nın məlumatına görə, rayonun Mırtı kənd sakini, 2009-cu il təvəllüdlü Süleymanov Murad Elnur oğlu yaşadığı evdə qabdakı benzini içərək zəhərlənib.

Mırtı kəndinin daha bir sakini, 2009-cu il təvəllüdlü Abdurrəhmanlı Kəmalə Razi qızı isə şüşə qabdakı sirkə turşusunu içərək zəhərlənib.
Göyçayda 2 uşaq zəhərləndi - Milliyol.az