Əfqan Sadıqov həbs edildi

"Görsəniz, dəli olmuşam, bilin ki, vannadandır" - xalq artisti yıxılmağından danışdı


Xalq artisti Flora Kərimova növbəti dəfə yıxılıb

Axşam.az xəbər verir ki, bu barədə xalq artisti “ATV Maqazin onlarla”da danışıb: 

“Bu dəfə arxası üstə yıxıldım və fəqərə sütununun biri sındı, ancaq sürüşmədi, yerində qaldı. Hamam vannasında sürüşüb yıxıldım. Yaqutu (köməkçisi – red.) çağırmaq istəyirdim, nəfəsim gəlmirdi. Mən bilirəm, sevinənlər də oldu. Ha gözlədilər, ölüm, gördülər ki, yox, ölmürəm. Mən həmin vannanı “vanna-qatil” adlandırmışam. Görsəniz, dəli olmuşam, bilin ki vannadandır. İnsultdan sonra pis görməyə başladım. Gözümdən də əməliyyat olundum. 

Flora Kərimova haqqında film çəkildiyini də deyib: 

“Sənətim haqqında Nigar xanım film çəkir. Elə şeyləri tapıb çəkir ki, özüm də məəttəl qalıram. Bu yaxınlarda premyerası olacaq”.
 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Görsəniz, dəli olmuşam, bilin ki, vannadandır" - xalq artisti yıxılmağından danışdı - Milliyol.az