Goranboy sakini yuyucu tozdan zəhərlənib


Goranboyda zəhərlənmə faktı qeydə alınıb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbasqulular kənd sakini 1981-ci il təvəllüdlü Mirzəyeva Ofelya Hətəm qızı kimyəvi yuyucu dərman preparatı ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. 

Ona tibbi yardım göstərilib. Qadının sözlərinə görə, o həyat yoldaşı ilə dalaşdığı üçün yuyucu toz qatılan su içərək zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.
Goranboy sakini yuyucu tozdan zəhərlənib - Milliyol.az