Əfqan Sadıqov həbs edildi

"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

ABŞ Prezident Administrasiyası "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "Google" və "Facebook"u dəfələrlə qərəzli yanaşmada ittiham edərək tənqid edib. (report.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər - Milliyol.az