Əfqan Sadıqov həbs edildi

Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir- Rəsmi anons


Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyi strukturunun təkmilləşdirilməsini davam etdirmək niyyətindədir

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

S.Muxtarov bildirib ki, DGK öz fəaliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq tədbirlər görür:

“Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri hazırlanır. Bu dəyişikliklər, o cümlədən Komitənin strukturuna daxil olan orqanlarda aparılacaq və gömrük sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə istiqamətlənib. Qanunvericiliyə gəlincə, gömrük rəsmiləşdirməsi zamanı sərf olunan vaxta qənaət üzrə işlərimizi davam etdirmək istəyirik”.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir- Rəsmi anons - Milliyol.az