Əfqan Sadıqov həbs edildi

Gəndob-Yalama yolunda 3 maşın toqquşub, xəsarət alanlar var



Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 3 maşının toqquşması nəticəsində 3 qadın xəsarət alıb.

Onlar Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Zülfüqarova Tahat Mehdi qızı, 2004-cü il təvəllüdlü Camayeva Xədicə Fuad qızı və 1982-ci il təvəllüdlü Zülfüqarova Aida Pirmurad qızıdır. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 MilliYol.Az
Gəndob-Yalama yolunda 3 maşın toqquşub, xəsarət alanlar var - Milliyol.az