Gənclər Liqası: "Barselona" "Sabah"a 7 qol vurdu

"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.

MilliYol.az-ın məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:7.

Xatırladaq ki, əvvəlki dörd matçın hamısında məğlub olan U-19 sonuncu-36-cı pillədə qərarlaşıb.