Əfqan Sadıqov həbs edildi

Gəncədə yol qəzası: 3 yaralı

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub

Hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.

Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi digərlərinki isə normal qiymələndirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (report.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gəncədə yol qəzası: 3 yaralı - Milliyol.az