Əfqan Sadıqov həbs edildi

Gəncədə yol qəzası: 1 ölü


Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.  

Belə ki, avtomobil yolu keçmək istəyən 76 yaşlı Knyaz Bayramovu vuraraq öldürüb. İlkin məlumata əsasən piyada "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gəncədə yol qəzası: 1 ölü - Milliyol.az