Əfqan Sadıqov həbs edildi

Gəncədə silsilə oğurluqlar etmiş 4 nəfər tutuldu


Gəncədə oğurluqla məşğul olan şəxslər tutulub

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə ŞBPİ və Kəpəz RPİ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də şəhər ərazisindəki evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar. 
 
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları da müəyyən edilib.
 
Araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gəncədə silsilə oğurluqlar etmiş 4 nəfər tutuldu - Milliyol.az