Əfqan Sadıqov həbs edildi

Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb


Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Təxminən 50-55 yaşlı, hələ şəxsiyyəti müəyyənləşdirilməmiş qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Sürücü polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gəncədə avtomobil yolu keçən qadını vuraraq öldürüb - Milliyol.az