Əfqan Sadıqov həbs edildi

Gəncədə avtomobil piyadanı vurub


Gəncədə avtomobil piyadanı vurub

Hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)
Gəncədə avtomobil piyadanı vurub - Milliyol.az