Əfqan Sadıqov həbs edildi

Gəncədə 18 yaşlı gənci bıçaqladılar


Gəncə şəhərində bıçaqlanma hadisəsi olub

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 2000-ci il təvəllüdlü Cavid Vaqif oğlu Məmmədov bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib. C.Məmmədova ilkin yardım göstərildikdən sonra yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Hazırda polis hadisənin kim tərəfindən törədildiyini və səbəblərini araşdırır.
Gəncədə 18 yaşlı gənci bıçaqladılar - Milliyol.az