Əfqan Sadıqov həbs edildi

Gəncə sakinləri Prezidentə şikayət etdi


Gəncə şəhəri, Əziz Əliyev küçəsinin sakinləri Prezident İlham Əliyevə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova müraciət edib. MilliYol.Az müraciəti olduğu kimi təqdim edir:

Məlumunuz edirik ki, biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib. Əksinə vəziyyət daha da pisləşib.Yenə də  ərazimizdə artezian nasosu yanıb. Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətiin rəhbəri Bəhlul Ramazanov və baş mühəndis Mamed müəllim  yenə də sahə rəisi Mehdini, nasosa baxan Aygün və Vahid adlı şəxsləri əhalinin canına salıb ,başlayıblar  əhalinin qapılarını döyüb ev-ev pul yığmağa.Başa düşə bilmirik,əgər əhali vaxtlı-vaxtında su pulu ödəyirsə, artezianı,magistral boruları və s.təmir etməyi  əhalimi etməlidir? Özü də əhaliyə texniki suyu təmiz su qiymətinə satırlar.Həm  də çox maraqlıdır,nədənsə bu artezian uzağı iki həftədən bir yanır və pul yığılır.

Bundan başqa  yaşadığımız ərazini su ilə təmin edən artezian motoru  27 ədəd  4 mərtəbəli yaşayış binasına , çoxlu həyət  evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən  motor 55 kVt gücündə idi.Su  idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq  "Aqidel" markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan  özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da  daimi olaraq bu xəttə qoşublar, oradakı  su çiləmə qurğuları  da bura qoşulub. Nasosxanada su iri  bir  ambara yığılır və  oradan da həmin  30 kVt-lıq mühərriklə  əraziyə verilir.Bu ambarın içərisində  isə siçovul  leşindən  pişik  leşinə  kimi  nə  istəsən tapmaq  olar,antisanitariya  hökm sürür.

Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə  su birinci mərtəbələrə gəlmir ki,heç olmasa "Aqidel" nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır.Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətiin rəhbəri Bəhlul Ramazanovun işçiləri  isə  dəfələrlə  Gəncə şəhərinin Nəriman Nərimanov,Əziz Əliyev və Zülfüqar Məmmədov  küçələrini  su  ilə təmin edən  artezian  motorunu  bu küçələrdə  yaşayan 1500-ə  yaxın  ailədən yığılan vəsait hesabına  təmir etdirir.Demək  olar ki, Bəhlul  Ramazanovun  işçiləri  ərazidə su borusu  partlayanda, idarənin  su nasoslarında nasazlıq yarananda  sahə rəisi Mehdini  və digər  işçilərini  əhalinin canına salır, başlayırlar  əhalinin qapılarını döyüb ev-ev pul yığmağa.2000-ə yaxın ailənin yaşadığı ərazidən qeyri qanuni yığılan pullar hesabına  nəinki  boru,nasos  təmir etmək olar,hətta  bir neçə təzə nasos almaq olar.Amma  çox təəssüflər olsun ki,belə təmirlərə yığılan qeyri qanuni pulların  sonu qurtarmır. Əhali  də  hər ay həm su pulu ödəyir,həm də Bəhlul Ramazanovun işçilərinə xərclik pulu verir.Xahiş edirik ki,ərazini su ilə təmin edən motorun yenidən 55 kVt-lıq qoyulması və yanmış artezian nasosunun bərpası üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz və bu özbaşınalığın qarşısını alasız.

Əlaqədar təşkilatlara dəfələrlə müraciət etsək də heç bir  tədbir görmürlər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gəncə sakinləri Prezidentə şikayət etdi - Milliyol.az