Əfqan Sadıqov həbs edildi

Gənc qadın 5-ci mərtəbədən yıxıldı


Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Gənc qadın 5-ci mərtəbədən yıxıldı - Milliyol.az