Əfqan Sadıqov həbs edildi

Gələn ilin dövlət büdcəsi açıqlandı - 4 faiz kəsir

Azərbaycanın 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 mlrd. manat, xərcləri isə 16,6 mlrd. manat təşkil edəcək.


Maliyyə Nazirliyindən MilliYol.Az-a verilən xəbərə görə, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Beləliklə, gələn ilin dövlət büdcəsində 645 mln. manatlıq və yaxud xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.

Gələn ilin büdcə gəlirlərinin 15,313 mlrd. manatını və yaxud 96%-ni mərkəzləşdirilmiş gəlirlər, 642 mln. manatını və yaxud 4%-ni yerli gəlirlər, büdcə xərclərinin 15,882 mlrd. manatını və yaxud 95,7%-ni mərkəzləşdirilmiş xərclər, 718 mln. manatını və yaxud 4,3%-ni yerli xərclər təşkil edəcək. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gələn ilin dövlət büdcəsi açıqlandı - 4 faiz kəsir - Milliyol.az