Əfqan Sadıqov həbs edildi

Gələn həftədən aksiz vergisi tutulacaq


Gələn həftədən-noyabrın 8-dən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tutulacaq

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarda əksini tapıb.

Belə ki, ölkəyə idxal edilən kerosinin 1 tonuna 80 manat aksiz vergisi tutulurdu. Bu ilin avqustun 10-da qərara edilən dəyişikliyə əsasən, idxal edilən kerosinin 1 tonuna formal olaraq 1 manat aksiz vergisi tutulur. Qərarın qüvvədə olma müddəti 90 gün olduğuna görə, noyabrın 8-də yenidən əvvəlki rüsum bərpa olunacaq. (report.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Gələn həftədən aksiz vergisi tutulacaq - Milliyol.az